Prezident Texnologiyalar parkı ilə bağlı FƏRMAN imzaladı
Prezident İlham Əliyev Texnologiyalar parkının rezidentləri ilə bağlı yeni Fərman imzalayıb.
hadiseler.info xəbər verir ki, sənədə əsasən, texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşdiriləcək.
Fərmana uyğun olaraq, Nazirlər Kabineti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təkliflərini nəzərə almaqla 3 ay ərzində sözügedən minimum həddi təsdiq edib Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmalıdır.
No Comment! Be the first one.