Putin Rusiya hökumətində mühüm kadr dəyişiklikləri etdi
Rusiya Prezidenti Vladimir Putin Nazirlər Kabinetinin tərkibində və Administrasiyada bir sıra mühüm kadr dəyişiklikləri həyata keçirib.
hadiseler.info Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq Fərmanlar imzalayıb.
Nəqliyyat sahəsi: Andrey Nikitin nəqliyyat naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. Yeni nəqliyyat naziri vəzifəsinə isə Dmitri Yadrov gətirilib.
Maliyyə-iqtisadi blok: Anton Siluanov maliyyə naziri postunu saxlamaqla yanaşı, Baş nazirin müavini təyin edilib.
Hökumət aparatı: Dmitri Qriqorenko Baş nazirin müavini – Nazirlər Kabineti aparatının rəhbəri vəzifəsindən azad olunub. Bu posta İrina Okladnikova təyin edilib.
Uzaq Şərq və Prezident köməkçisi: Yuri Trutnev Baş nazirin müavini – Uzaq Şərq federal dairəsindəki səlahiyyətli nümayəndə postundan çıxarılaraq Vladimir Putinin köməkçisi təyin olunub. Onun əvvəlki vəzifəsinə isə Oleq Kojemyako gətirilib.
No Comment! Be the first one.