SEPAH Hörmüz boğazında gəmilərin vurulduğunu açıqladı
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında dörd gəmiyə zərbə endirildiyini və üç gəminin isə minaya düşdüyünü bəyan edib.
hadiseler.info “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH rəsmi bəyanat yayıb. Məlumatda bildirilir ki, İran Hərbi Dəniz Qüvvələri qanunsuz marşrutla hərəkət edən və nefti bir gəmidən digərinə köçürən dörd gəmini izləyərək eyni vaxtda hədəfə alıb. Hücum nəticəsində gəmilərdə yanğın başlayıb. Heyət üyələrinin vəziyyəti barədə hələlik dəqiq məlumat verilməyib.
Bəyanatda həmçinin ötən gecə Hörmüz boğazında daha üç gəminin minaya düşərək zədələndiyi vurğulanıb. SEPAH rəhbərliyi Vaşinqtona ciddi xəbərdarlıq edərək bildirib ki, su yollarından qanunsuz keçidlərin davam etməsi halında hərbi qarşıdurma regiondakı ABŞ hərbi bazalarına qədər genişlənə bilər.
No Comment! Be the first one.