Prezidentlər birgə layihələrin açılış və təməlqoymasında iştirak ediblər
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak ediblər.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Mərasim çərçivəsində bir sıra vacib obyektlərin açılışı və təməlqoyması həyata keçirilib:
Açılışı olan layihələr: “Davr Bank” (AR Beynəlxalq Bankı), “Mətanət-A” şirkətinin Gips zavodu və “Landau Education Group” tərəfindən inşa edilən “Landau” adına STEAM iki məktəbi.
Təməli qoyulan layihələr: SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsi, “Sea Breeze Uzbekistan” yaşayış və istirahət kompleksi, “Baku City” yaşayış kompleksi, gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabriki və meyvə bağları layihəsi.
No Comment! Be the first one.