PUA hücumundan sonra Tatarıstanda matəm elan olundu
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Rusiyanın Tatarıstan Respublikasına endirdiyi zərbələr nəticəsində mülki və sənaye obyektləri hədəfə alınıb.
Hadisələr.info bildirir ki, bu barədə məlumatı Tatarıstan rəhbərinin Mətbuat xidməti yayıb.Hücum xüsusilə Nijnekamsk şəhərindəki infrastruktura ciddi ziyan vurub. İlkin məlumatlara görə, faciəvi hadisə zamanı həyatını itirənlər var.
Baş verən itkilərlə əlaqədar Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov bölgədə matəm elan olunması barədə rəsmi qərar qəbul edib.
Ərazidə Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti xidmətlərin əməkdaşları tərəfindən fəsadların aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.
No Comment! Be the first one.