Putin və Tramp Çində görüşə bilərlər – Kreml
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın növbəti görüşünün keçiriləcəyi yer və vaxt bəlli olub.
hadiseler.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, hər iki dövlət başçısı noyabr ayında Çində təşkil olunacaq Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində bir araya gələ bilərlər.
Qeyd edək ki, Rusiya və ABŞ liderləri sonuncu dəfə 2025-ci ilin avqustunda Alyaskanın Ankoric şəhərində görüşüblər.
No Comment! Be the first one.