Qətərə məxsus tanker hücuma məruz qaldı
Qətərin “Nakilat” şirkətinə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan “Əl-Mayeda” tankeri Fars körfəzində hücuma məruz qalıb.
hadiseler.info xəbər verir ki, bu barədə qaz nəqli şirkətinin rəsmi bəyanatında deyilir.
Məlumata əsasən, hadisə nəticəsində göyərtədəki heyət üzvlərindən heç biri xəsarət almayıb, ətraf mühitə isə hər hansı ziyan dəyməyib. Hazırda gəmi təhlükəsiz və işlək vəziyyətdədir, hücumun nəticələri qiymətləndirilir. “Nakilat” şirkəti vəziyyəti yaxından izləyir, təhlükəsizliyi tam təmin etmək məqsədilə gəmi, onun ekipajı və bölgədəki müvafiq dəniz təhlükəsizliyi orqanları ilə birbaşa əlaqə saxlayır.
No Comment! Be the first one.