Qəzzada ərzaq qıtlığı təhlükəsi yaranıb
Qəzza zolağına kommersiya yüklərinin girişinin dayandırılmasından sonra bölgədə əsas ərzaq məhsullarının qiymətləri kəskin şəkildə yüksəlib.
hadiseler.info xəbər verir ki, ticarət yüklərinin girişinə tətbiq edilən məhdudiyyətlər artıq beşinci gündür davam edir.
Məlumata görə, oktyabrın 14-dən etibarən un, yumurta, soğan və digər gündəlik tələbat mallarının qiymətlərində sıçrayış qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, sərhəd keçid məntəqələrinin bağlı qalacağı təqdirdə bölgədə dərin ərzaq qıtlığı yarana bilər.
Qəzza rəsmiləri vasitəçiləri və beynəlxalq humanitar təşkilatları mövcud razılaşmalara uyğun olaraq bölgəyə gündəlik 600 yük maşınının girişini təmin etməyə çağırıblar.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin statistikasına əsasən, 2026-cı ilin sentyabrında Qəzzada ərzaq qiymətləri 2023-cü ilin oktyabr ayından əvvəlki dövrlə müqayisədə orta hesabla 204 faiz yüksək olub. Sakinlər blokadanın davam edəcəyi təqdirdə humanitar fəlakətin daha da ağırlaşacağını bildirirlər.
No Comment! Be the first one.