Qəzzada dəhşətli mənzərə: Uşaqlar dağıntılar arasından məktəbə gedirlər- VİDEO
İsrailin aramsız hücumları nəticəsində viran qalan Qəzza zolağında uşaqların təhsil almaq üçün verdiyi mübarizə kameraya düşüb.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, işğalçıların bombardmanları nəticəsində tamamən uçulub-dağılan binaların enkazları arasından keçərək məktəbə getməyə çalışan balaca fələstinli uşaqlar anbaan görüntülənib. Hər tərəfin xarabalığa çevrildiyi ərazidə çantasını çiyninə salaraq təhlükəli yolla addımlayan azyaşlıların görüntüləri sosial şəbəkələrdə kədər və böyük təəssüf hissi ilə qarşılanıb.
No Comment! Be the first one.