Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
İstanbulda sahibkarın avtosalonu yandırıldı – VİDEO
Banqkok fəlakət zonası elan edildi – VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə bağlı foto paylaşılıb
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
İstanbulda sahibkarın avtosalonu yandırıldı – VİDEO
Banqkok fəlakət zonası elan edildi – VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə bağlı foto paylaşılıb
Siyasət

“Qaçqınkom” köçlə bağlı narazılıqlara cavab verdi – RƏSMİ AÇIQLAMA

Avqust 12, 2026
38 Views

Böyük Qayıdışın təşkili zamanı şəxsi maraq və tələbləri mövzuс qanunvericilik çərçivəsində yerinə yetirilməsi mümkün olmayan bəzi şəxslər müxtəlif internet resurslarında qərəzli paylaşımlar edir, cəmiyyətdə Böyük Qayıdış prosesinin gedişinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və onun əməkdaşlarının nüfuzuna xələl gətirən yanlış fikirlər formalaşdırmağa cəhd göstərirlər.

hadiseler.info Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada bildirilib ki, sosial şəbəkələrdə müxtəlif iddialarla çıxış edən Nuranə Abdullayeva vəfat etmiş atasına vaxtilə Ağdam şəhərində məxsus olmuş yaşayış evinin əvəzinə həmin şəhərdə yeni tikilən binalarda mənzil verilməsini, eyni zamanda Ağdamda yaşayış sahəsi ayrılmadığı təqdirdə Bakı şəhərində müvəqqəti yaşayış yeri və ya yataqxana ilə təmin olunmasını tələb edib.

Araşdırma zamanı N.Abdullayevanın məcburi köçkün statusuna malik olmayan Bakı şəhər sakini ilə nikahda olduğu müəyyən edilib və qanunvericiliyə əsasən istədiyiniz formada yaşayış sahəsi ilə təmin olunması üçün hüquqi əsasın olmadığı ona dəfələrlə izah olunub. Buna baxmayaraq, məsələ sosial şəbəkələrdə, xüsusən “Kanal 15 TV” loqolu materiallarda emosional müstəvidə, Komitənin rəsmi mövqeyi öyrənilmədən tərəfli şəkildə təqdim edilib.

Komitənin məlumatında həmçinin qeyd olunub ki, Xocalı rayonunun Cəmilli kəndində daimi qeydiyyatda olan keçmiş məcburi köçkün İntiqam Türbəndəyev də analoji qərəzli paylaşımlar edir. Komitənin məsul şəxsləri tərəfindən qəbul edilən İ.Türbəndəyevə Xanyurdu kəndində ailə tərkibinə uyğun 3 otaqlı fərdi ev təklif edilsə də, o, qanunla müəyyən olunmuş meyarları nəzərə almadan öz seçdiyi 5 otaqlı evin ona verilməsini israrla tələb edib. Tələbi təmin olunmadıqdan sonra isə sosial şəbəkələrdə böhtan xarakterli məlumatlar yayaraq Böyük Qayıdış proqramına kölgə salmağa cəhd göstərib.

Dövlət Komitəsi bir daha bəyan edib ki, Böyük Qayıdış Proqramı çərçivəsində bütün qərarlar yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qəbul edilir və heç bir müraciət qanunvericilikdən kənar qaydada həll edilə bilməz.

Tags:

AğdamBöyük QayıdışCəmiyyətDövlət KomitəsiMəcburi köçkünlərQaçqınkomSiyasətXocalı

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Rusiyanın Çita şəhərində fövqəladə vəziyyət elan olundu  

Next

Azərbaycanda rəsmi işsiz şəxslərin sayı açıqlandı

Next
Avqust 12, 2026

Azərbaycanda rəsmi işsiz şəxslərin sayı açıqlandı

Previous
Avqust 12, 2026

Rusiyanın Çita şəhərində fövqəladə vəziyyət elan olundu  

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Siyasət
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə bağlı foto paylaşılıb
Ayla
Sentyabr 26, 2026
Siyasət
Bu gün Azərbaycanda Anım Günüdür!
Ayla
Sentyabr 26, 2026
Siyasət
Deputat: “44 günlük müharibə Azərbaycanın şanlı tarixidir”
Ayla
Sentyabr 26, 2026
Siyasət
Prezident və ailə üzvləri Formula 1 Azərbaycan Qran-Prisini izləyiblər- FOTOLAR
Ayla
Sentyabr 26, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

İstanbulda sahibkarın avtosalonu yandırıldı – VİDEO
Sentyabr 26, 2026
Banqkok fəlakət zonası elan edildi – VİDEO
Sentyabr 26, 2026
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə bağlı foto paylaşılıb
Sentyabr 26, 2026

Top kateqoriyalar

Dünya 788
Siyasət 424
Hadisə 415
İdman 244

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya