Qapı zənginə oyanmayan uşaq xilasedicilər eyvandan girib oyatdı- VİDEO
Bakının Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsində 16 mərtəbəli binanın doqquzuncu mərtəbəsində yerləşən mənzildə bağlı qapı arxasında yuxuya qalan azyaşlı xilasedicilərin köməyi ilə oyadılaraq valideynlərinə təhvil verilib.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, 2014-cü il təvəllüdlü E. Qurbanlının yaxınları onun yaşadığı mənzilin qapısını dəfələrlə döysələr də, cavab ala bilməyiblər. Narahat olan yaxınları bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə müraciət ediblər. Hadisə yerinə gələn FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri alpinist ləvazimatlarından istifadə edərək 9-cu mərtəbədəki mənzilə pəncərədən daxil olublar. Mənzilə girən xilasedicilər uşağı yatmış vəziyyətdə aşkar edərək təhlükəsiz şəkildə yaxınlarına təhvil veriblər.
No Comment! Be the first one.