Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi batdı- VİDEO
Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu yük gəmisi batıb.
hadiseler.info “Novinite” portalına istinadən xəbər verir ki, hadisə Konstansa limanından 13 dəniz mili məsafədə baş verib.
İlkin məlumatlara görə, “KHORYV” adlı gəmiyə dron hücumu edilib. Hücumdan sonra gəmidə güclü yanğın başlayıb və gəmi batıb.
Məlumata əsasən, gəmidə 13 heyət üzvü olub. Onlardan 10-u Ukrayna, 3-ü isə Azərbaycan vətəndaşıdır.
Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər itkin düşüb, doqquz nəfər isə xilas edilib. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
No Comment! Be the first one.