“Qarabağ” – “Neftçi” derbisində gərginlik: 19 nəfər saxlanıldı
Misli Premyer Liqasının növbəti turu çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” matçı ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər azarkeş hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
hadiseler.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti mətbuatın sorğusuna cavab olaraq rəsmi məlumat yayıb.
DİN-dən bildirilib ki, stadion ərazisində və ətrafında ictimai qaydanı pozmağa, eləcə də azarkeşlər arasında gərginlik yaratmağa cəhd göstərən şəxslər polis əməkdaşlarının operativ müdaxiləsi nəticəsində dərhal saxlanılıblar. Hazırda həmin şəxslər barəsində aidiyyəti polis orqanında müvafiq araşdırma və legal məsuliyyət tədbirləri görülür.
No Comment! Be the first one.