Qaxda 7 kiloqram narkotik vasitə aşkarlanıb- VİDEO
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
hadiseler.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində H.Həsənov və A.Qurbanov saxlanılıblar.
Keçirilən baxış zamanı həmin şəxslərdən 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb. Saxlanılanlar ifadələrində narkotik vasitələri satmaq məqsədilə əldə etdiklərini etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
No Comment! Be the first one.