Qırğızıstan Prezidenti Azərbaycana gəlir
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov oktyabrın 14-15-də Azərbaycan Respublikasında işgüzar səfərdə olacaq.
hadiseler.info xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
Məlumata əsasən, Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək.
Zirvə görüşü çərçivəsində dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri regional tərəfdaşlığın genişləndirilməsi, rəqəmsal transformasiya, qarşılıqlı bağlantı və dayanıqlı iqtisadi artım kimi vacib məsələləri müzakirə edəcəklər. Sammitin yekunlarına dair bir sıra ikitərəfli və çoxpartiyalı sənədlərin imzalanması nəzərdə tutulur.
No Comment! Be the first one.