Qubada iki “VAZ” toqquşdu: 5 nəfər xəstəxanaya yerləşdirildi
Quba rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, hadisə sentyabrın 18-i saat 15:00 radələrində rayonun Mirzəqışlaq kəndi ərazisində qeydə alınıb. Kənd ərazisində “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq qarşıdan gələn digər “VAZ-2106” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər (2 kişi, 3 qadın) saat 15:30-da Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, pasiyentlərə dərhal zəruri tibbi xidmətlər göstərilib. Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilən yaralıların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

No Comment! Be the first one.