Quterreşdən ŞƏT sammitində çağırış: “Ukraynada dərhal atəşkəs elan edilməlidir”
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş “ŞƏT plyus” formatında keçirilən görüşdə beynəlxalq qurumlarda islahatların aparılması və münaqişələrin dayandırılması ilə bağlı vacib bəyanatlarla çıxış edib.
hadiseler.info xəbər verir ki, BMT Baş katibi təşkilat da daxil olmaqla çoxtərəfli institutlarda islahatların aparılmasının, inkişaf etməkdə olan ölkələrin siyasi təsirinin genişləndirilməsinin vacibliyini bildirib. Yaxın Şərqdəki münaqişələrin ciddi nəticələr doğurduğunu deyən Quterreş, Qəzzada atəşkəs rejiminə riayət olunmasının, münaqişəyə son qoyacaq hərtərəfli planın tam yerinə yetirilməsinin və humanitar köməyə yaradılan maneələrin aradan kaldırılmasının vacibliyini vurğulayıb. O, həmçinin İsrail və Fələstin olmaqla, Qüdsün hər iki dövlətin paytaxtı kimi tanındığı iki müstəqil dövlət yaradılmadan regionda sülhün mümkün olmayacağını diqqətə çatdırıb.
Çıxışının sonunda Quterreş Ukraynada da tam və dərhal atəşkəsə nail olunmasına çağırıb. Baş katibin sözlərinə görə, bu addım BMT Nizamnaməsi və müvafiq qətnamələr əsasında ədalətli, davamlı və hərtərəfli sülhün əldə olunması üçün danışıqlara yol açacaq.
No Comment! Be the first one.