Qəbələdə narkotik təsiri altında sükan arxasına keçən sürücü həbs olundu
Qəbələ rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
hadiseler.info xəbər verir ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə edən E.Həsrətov saxlanılıb.
Şübhəli hərəkətləri ilə diqqət çəkən sürücü tibbi müayinədən keçirilib və onun narkotik vasitə qəbul etdiyi sübuta yetirilib. Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə E.Həsrətov barəsində inzibati qaydada həbs qətimkan tədbiri seçilib.
No Comment! Be the first one.