Rəsmilər Zəfər Parkını ziyarət edir
Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər Parkında olublar.
hadiseler.info xəbər verir ki, dövlət rəsmiləri Zəfər abidəsi önünə gül dəstələri düzərək əziz xatirəni ehtiramla yad ediblər.
Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da Zəfər abidəsini ziyarət edərək ehtiramını bildirib.
No Comment! Be the first one.