Rəqqas Nicat Azadlı az yaşlı övladının yanında həyat yoldaşına şiddət göstərdi- VİDEO
Tanınmış rəqqas Nicat Azadlının keçmiş həyat yoldaşı sosial şəbəkədə paylaşım edərək səs-küylü iddialarla çıxış edib. O, uzun müddət rəqqas və onun ailəsi tərəfindən fiziki və psixoloji zorakılığa, təhqir və təhdidlərə məruz qaldığını bildirib.
Gənc qadın sosial media hesabında qeyd edib ki, baş verənlərlə bağlı əlində olan foto, səs yazısı və videoları hüquq-mühafizə orqanlarına təqdim edib və məsələ məhkəmə müstəvisinə qədər böyüyüb. Lakin məhkəmənin yekun qərarı ilə qarşı tərəfə cəmi 1500 manat məbləğində cərimə tətbiq olunub ki, bu da onun kəskin narazılığına səbəb olub.
Şikayətçi qadın həmçinin hamiləlik dövründə məruz qaldığı şiddət nəticəsində bətnindəki övladını itirdiyini, Nicat Azadlının və ailə üzvlərinin ona qarşı mənəvi təzyiqlər göstərdiyini vurğulayıb. O, hazırda təkbaşına böyütdüyü övladının aldığı psixoloji travmaların və çəkdiyi əzabların cəmi 1500 manatlıq cərimə ilə ölçülməsinə etiraz edərək aşağıdakı sözləri paylaşıb:
“Hamının Yaxşı bildiyi Nicat Azadlı öz ailəsinə qarşı niyə yaxşı olmadı? Hamının vicdanlı bildiyi Nicat Rəqqas öz uşağının həyatına şiddət göstərərək dünyaya gəlməyinin qarşısın aldı onu öldürdü. Vəhşicəsinə hər gün döydü. Atası hər dəfə ona yol göstərərək get onu öldür gir türməyə keç 30.000-40.000 dən sonra qurtul deyirdi. Anası öz övladı Nicata Raul hələ dünyaya gelmemiş getsin rədd eləsin bize o uşaq lazım deyil istəmirik deyib səs yazısıda hal hazırda var. Bütün verdiyi zülmlərə susuldu şəkillərlə sübutlarla səs yazmaları videolarla polise müraciət elədim iş mehkemeye getdi ama benim ölen övladımın haqqı 1500 Azn cəriməyə dəyişildi??? Bu günki günde Tək başına baxdığım böyütdüyüm övladımın uşaqkən aldığı bütün travmalar 1500 azn dəyərindədi? Mənə olunmuş Anası Atası Bacısı Özü tərəfindən olunan təhqirlər tənqidlər bacısının üstümə hücum çəkib məni döyməyə cəhd eləyi məni alçaltmaları 1500 Azn məbləğ dəyərindədi? Xaiş edirəm mənimdə Raulumunda yaşadığımız bu qorxunc günlərə susmayın! Yalvarıram sizə”
No Comment! Be the first one.