Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsini müzakirə edərək müvafiq qərar qəbul edib.
hadiseler.info xəbər verir ki, qərarın qəbul edilməsində onun dövlətə xəyanət və digər cinayətlərdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmü əsas götürülüb. Qeyd edək ki, yaşı və səhhəti nəzərə alınaraq ona şərti cəza tətbiq olunub.
AMEA Rəyasət Heyətinin qərarı oktyabrın 30-da keçiriləcək Ümumi Yığıncaqda təsdiqlənməlidir. Eyni zamanda, məhkəmənin hökmü ilə Ramiz Mehdiyevin əmlakının müsadirə olunması və dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq təqdimat göndərilməsi də qərara alınıb.
No Comment! Be the first one.