Ramiz Mehdiyevin ailəsinə məxsus BOKT-un lisenziyasını ləğv olundu
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 29 sentyabr tarixli Qərarı ilə “T-Kredit” və “Fintrend” Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) lisenziyaları ləğv edilib.
hadiseler.info xəbər verir ki, “T-Kredit” BOKT MMC-nin lisenziyası təşkilatın öz müraciəti əsasında ləğv olunub. “Fintrend” BOKT MMC-nin lisenziyası isə prudensial tələblərə riayət etməməklə Mərkəzi Banka təhrif olunmuş hesabatların təqdim edilməsi səbəbindən ləğv edilib.
Qanunvericiliyə müvafiq olaraq, lisenziyaları ləğv edilən hər iki BOKT fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən edilmiş qaydada ləğv olunur.
Qeyd edək ki, “T-Kredit” MMC “Bank BTB” ASC-nin təşkilati-hüquqi formasını dəyişərək BOKT-a çevrilməsi nəticəsində yaradılmışdı. “Bank BTB” isə hazırda ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsusdur.
No Comment! Be the first one.