Roma Papasında ağciyər xərçəngi aşkarlandı
Roma Papası XIV Leo Romadakı Aqostino Cemelli adına xəstəxanada cərrahi əməliyyat keçirib.
hadiseler.info xəbər verir ki, əvvəlcə ağciyərdəki düyünün xaric edilməsi üçün xəstəxanaya yerləşdirilən pontifikin minimal invaziv üsulla əməliyyat olunduğu bildirilib. Müqəddəs Taxt-Tacın mətbuat xidmətindən əməliyyatın uğurla keçdiyi və Papanın palataya qayıtdığı açıqlanıb.
Lakin əməliyyatdan sonra aparılan histoloji müayinənin nəticələrinə əsasən, Roma Papasında ağciyər xərçəngi olduğu rəsmən təsdiqlənib.
Qeyd edək ki, səhiyyə durumu ilə əlaqədar Papanın oktyabrın 20-dək olan bütün rəsmi proqramı ləğv edilib. Bununla belə, onun noyabr ayının əvvəlinə planlaşdırılan Latın Amerikası ölkələrinə (Uruqvay, Argentina və Peru) səfərinin qüvvədə qaldığı bildirilir.
No Comment! Be the first one.