Rusiya Ukraynanın Rivne vilayətinə dron zərbəsi endirdi
Rusiya ordu qüvvələri Ukraynanın Rivne vilayətinin Sarnı şəhərində mülki infrastruktura “Şahid” tipli PUA ilə zərbə endirib.
hadiseler.info xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Aleksandr Koval məlumat yayıb.
O bildirib ki, hücum nəticəsində insan tələfatı qeydə alınıb:
“Çox təəssüf ki, itkimiz var. Bir kişi həlak olub”.
Məlumata görə, hücumdan sonra ərazidə baş verən yanğın operativ şəkildə söndürülüb.
No Comment! Be the first one.