Rusiyada həftəlik karantin tətbiq olunub
Rusiyanın İrkutsk vilayətində vəba xəstəliyinin aşkarlanması barədə məlumatlar yayılıb.
hadiseler.info xəbər verir ki, Vəba ilə Mübarizə İnstitutunun laboratoriya texniki, 28 yaşlı Darya Şipilova keçən həftə Şelexov şəhərində vəfat edib. Məlumata görə, 29 sentyabrda xəstəxanaya yerləşdirilən qadın iki gün sonra dünyasını dəyişib. Hadisə ilə bağlı pnevmonik vəba və ya sınaq borusunun təsadüfən sındırılması versiyaları irəli sürülür.
“Baykalın insanları” nəşrinin verdiyi xəbərə əsasən, İrkutskdakı 1, 3, 10 nömrəli şəhər klinik xəstəxanaları, İvano-Matreninskaya Uşaq Xəstəxanası və doğum evlərindən biri üç həftəlik karantinə bağlanıb. Mənbələr həkimlərin artıq açıq şəkildə vəba haqqında danışdıqlarını iddia edirlər.
Rospotrebnadzor isə regionda sanitar-epidemioloji vəziyyətin sabit olduğunu, vəfat edən qadının bədənində peşə fəaliyyəti ilə bağlı heç bir mikroorqanizm tapılmadığını bildirib. Buna baxmayaraq, bölgədə maska rejiminin tətbiqi, 200-ə yaxın şəxsin karantinə alınması və müxtəlif ehtiyat tədbirlərinin görüldüyü vurğulanır.
No Comment! Be the first one.