Rusiyaya pul köçürmələri dayandırıldı? – Mərkəzi Bankdan açıqlama
Azərbaycandan Rusiyaya “Zolotaya Korona” sistemi vasitəsilə vəsaitlərin göndərilməsinin dayandırılması banklar ilə ödəniş sistemləri arasındakı ikitərəfli müqavilələrə dayanır və Azərbaycan Mərkəzi Bankı (AMB) bu prosesə qarışmır.
Hadisələr.info xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəsmi məlumatında vurğulanıb.
“Banklarla onların tərəfdaşları arasında münasibətlərə dair qərarlar yerli qanunvericiliyin tələbləri və müxtəlif risk faktorları nəzərə alınmaqla banklar tərəfindən müstəqil surətdə qəbul edilir”, – deyə AMB-dən bildirilib.

Maliyyə requlyatoru həmçinin əlavə edib ki, yaranan suallarla bağlı birbaşa xidmət göstərən ödəniş sisteminin operatoruna və ya həmin sistemlə əməkdaşlıq edən kommersiya banklarına müraciət olunması tövsiyə edilir.
Xatırladaq ki, son günlər Azərbaycandan Rusiyaya “Zolotaya Korona” vasitəsilə pul transferlərinin müvəqqəti dondurulduğu barədə xəbərlər yayılıb. Bəzi yerli banklar xidmətin texniki amillərə görə dayandırıldığını bəyan ediblər.
Məlumata görə, bu addım Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 21-ci sanksiya paketi çərçivəsində atılıb. Həmin məhdudiyyətlər “Zolotaya Korona”nın operatoru sayılan Rusiyanın “Platyojnıy Sentr” qeyri-bank kredit təşkilatını da əhatə edib.
No Comment! Be the first one.