Rəssam Əkrəm Tağıyev vəfat edib
Azərbaycan Rəssamlıq Akademiyasının “Rəsm” kafedrasının baş müəllimi, rəssam Əkrəm Tağıyev 77 yaşında dünyasını dəyişib.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb.
Qeyd edək ki, Əkrəm Tağıyev Xalq rəssamı Tağı Tağıyevin oğludur. O, 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəsm” kafedrasında, 2003-cü ildən isə Azərbaycan Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.
Rəssamın yaradıcılığında mənzərə, portret və natürmort janrları xüsusi yer tutub. “Abşeron”, “Dəniz mənzərəsi”, “Dəniz və qadın”, “Güzgü qarşısında”, “Xəzri”, “Qobustan daşları”, “Avtoportret” və “Bakı gecəsi” kimi əsərləri onun zəngin irsinin mühüm nümunələrindəndir.
No Comment! Be the first one.