Səudiyyə Ərəbistanında üç hava limanının fəaliyyəti dayandırıldı
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Kral Xalid adına Beynəlxalq Hava Limanı yaxınlığında güclü partlayış baş verib. Hadisədən dərhal sonra hava limanındakı sərnişinlərin və əməkdaşların təxliyə olunmasına başlanılıb.
hadiseler.info “Reuters” agentliyinə istinadən xəbər verir ki, baş verən insidentdən sonra təhlükəsizlik tədbirləri maksimum səviyyəyə qaldırılıb.
Digər tərəfdən, Yəməndə husilərin nəzarətində olan SABA agentliyi uçuşların izlənməsi xidmətlərinə istinadən Ər-Riyad, Dammam və Əbha şəhərlərinin hava limanlarının fəaliyyətinin tamamilə dayandırıldığını bildirib.
Məlumata görə, cavab tədbirləri çərçivəsində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın aviasiyası Yəmənin paytaxtı Sənanın beynəlxalq hava limanına dörd hava zərbəsi endirib.
No Comment! Be the first one.