Sabah 33 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bölgələrində gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.
hadiseler.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda isə gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.
No Comment! Be the first one.