Sabah Azərbaycanda leysan yağacaq
Milli Hidrometeorologiya Xidməti oktyabrın 2-də ölkə ərazisində gözlənilən hava şəraiti barədə məlumat yayıb.
hadiseler.info xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru isə yağışın leysan xarakterli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüzdən arabir güclənəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-26° isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, axşam servesində isə yağışın daha da güclənəcəyi ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.
No Comment! Be the first one.