Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sabah Azərbaycanın bir sıra rayon və şəhərlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
hadiseler.info “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, məhdudiyyətlər aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədardır.
Avqustun 19-u saat 10:00-dan etibarən təmir işləri yekunlaşanadək aşağıdakı ərazilərdə təbii qazın verilişi dayandırılacaq:
Qazax rayonu: Kosalar kəndi
Şirvan şəhəri: Bayramlı qəsəbəsi
Sabirabad rayonu: Rayonun bir hissəsi
Saatlı və İmişli rayonları
No Comment! Be the first one.