Sabah bu ərazilərdə yaşayanların pensiyaları ödəniləcək
Oktyabrın 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.
hadiseler.info xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, həmin ərazilərlə yanaşı, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də bu ayın pensiyaları qrafikə uyğun olaraq ödəniləcək.
No Comment! Be the first one.