Sabah hava necə olacaq?
Azərbaycanda oktyabrın 19-na gözlənilən hava şəraiti elan edilib.
hadiseler.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə saatlarında bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi səhər saatlarında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Abşeron yarımadasında havanın temperaturu gecə 17-20° isti, gündüz 22-25° isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət isə gündüz 55-60% arasında dəyişəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Lakin gündüz bəzi şərq rayonlarında, gecəyə doğru isə bəzi şimal və qərb bölgələrində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti, dağlıq ərazilərdə isə gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.
No Comment! Be the first one.