Sabah hava necə olacaq?
Milli Hidrometeorologiya Xidməti sentyabrın 13-də ölkə ərazisində gözlənilən hava şəraiti barədə məlumat yayıb.
hadiseler.info xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Paytaxtda cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 26-30° isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı cənub-şərq rayonlarında və dağlıq ərazilərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, dağlarda isə gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.
No Comment! Be the first one.