Sabah hava necə olacaq? — Rəsmi xəbərdarlıq
Avqustun 16-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
hadiseler.info bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25°, gündüz isə 29-32° isti təşkil edəcək.
Azərbaycanın bəzi rayonlarında isə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı və qısamüddətli leysan xarakterli intensiv olacağı ehtimal edilir. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahid olunacaq.
Aran rayonlarında gündüz temperaturun 30-35° isti, dağlıq ərazilərdə isə 20-25° isti olacağı gözlənilir.
No Comment! Be the first one.