Sabah intensiv leysan, dolu və qar gözlənilir
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi və yağıntılı olacağı gözlənilir.
hadiseler.info xəbər verir ki, bölgələr üzrə hava şəraiti aşağıdakı kimi proqnozlaşdırılır:
Bakı və Abşeron yarımadasında: İntensiv leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı və güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında: Fasilələrlə leysan yağışının yağacağı, ayrı-ayrı yerlərdə dolunun düşəcəyi, dağlıq ərazilərdə isə yağıntıların qara keçəcəyi ehtimal olunur.
No Comment! Be the first one.