Sabah magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanda bəzi rayonların yollarında dumanlı hava şəraiti ilə əlaqədar görünüş məsafəsində məhdudiyyətlər yaranacaq.
hadiseler.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 26-da ölkənin bəzi ərazilərində yağıntılı və dumanlı hava şəraiti hökm sürəcək. Bu səbəbdən magistral avtomobil yollarında hərəkət çətinləşə bilər.
Mütəxəssislərin proqnozuna görə, bəzi magistral yollarda görünüş məsafəsi 500–1000 metrədək azalacaq. Aidiyyəti qurumlar sürücülərə yollarda diqqətli olmağı, sürət həddinə riayət etməyi və təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edirlər.
No Comment! Be the first one.