Sabahın çimərlik havası açıqlandı
Avqustun 13-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti və dəniz suyunun temperaturu bəlli olub.
hadiseler.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, yarımada sahillərində əsən şimal-qərb küləyi gündüz saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Çimərliklərdə dəniz suyunun temperaturu aşağıdakı kimi proqnozlaşdırılır:
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba): 26-27° isti;
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx): 27-28° isti.
No Comment! Be the first one.