“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun sxemi dəyişdirilir
UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək “Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar Bakıda bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilir.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, oktyabrın 20-də Bakı Olimpiya Stadionundakı qarşılaşma səbəbindən Milli Həmrəylik küçəsində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Hərəkət sxemi dəyişən marşrutlar:
Məhdudiyyətlə bağlı 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Sabunçu yol qovşağı istiqamətində: Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə;
“Koroğlu” NMM istiqamətində: Avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.
No Comment! Be the first one.