Sabunçuda 10 otaqlı evdə yanğın baş verib — VİDEO
Bakının Sabunçu rayonunda fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb.
hadiseler.info xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi, İ.Əfəndiyev küçəsində yerləşən yaşayış evində baş verib. Məlumat daxil olan kimi əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik və operativ müdaxiləsi sayəsində alovun genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 200 kv.m olan 10 otaqlı mansard tipli birmərtəbəli fərdi yaşayış evinin mansardındakı bir otağın yanar konstruksiyaları 20 kv.m və 1-ci mərtəbədəki bir otağın tavanı 16 kv.m sahədə yanıb. FHN əməkdaşlarının səyləri nəticəsində evin böyük hissəsi yanğından mühafizə olunub.
Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.
No Comment! Be the first one.