“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı – VİDEO
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.
hadiseler.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, Astara gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına “şaftalı” yükü aparan nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yüklərin arasından külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.