Şahbaz Şərifdən Məkkəyə hücuma cavab
Pakistanın Baş naziri Şahbaz Şərif Məkkə şəhərinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum cəhdini kəskin şəkildə qınayıb və Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib.
hadiseler.info xəbər verir ki, bu barədə Şahbaz Şərif “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
O, paylaşımında bildirib:
“Mən müqəddəs Məkkə şəhərinə pilotsuz uçuş aparatı ilə hücum cəhdini qəti şəkildə pisləyirəm. Pakistan xalqı bu yolverilməz aktdan dərindən kədərlənib və hiddətlənib”.
Şahbaz Şərif Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinə göstərdikləri sayıqlıq, cəsarət və operativliyə görə minnətdarlığını bildirib. Baş nazir bütün tərəfləri maksimum təmkin nümayış etdirməyə çağıraraq əlavə edib:
“Regionumuz münaqişələrdən onsuz da çox zərər çəkib. Dialoq və diplomatiya sülhə gedən yeganə dayanıqlı yol olaraq qalır. Pakistan qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə suverenliyinin və ərazi bütövlüyünün qorunmasında çiyin-çiyinə dayanır”.
Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanı HHM qüvvələri Məkkənin kənarında husilərə məxsus PUA-nı vuraraq zərərsizləşdirdiyini elan etmişdi. Husilər isə əsas hədəflərinin Səudiyyə Ərəbistanının neft obyektləri və hərbi bazaları olduğunu iddia edirlər.
No Comment! Be the first one.