Rusiya Ukraynada marşrut avtobusunu dronla vurdu: 5 ölü, 7 yaralı
Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonunda mülki infrastruktura növbəti dron hücumu həyata keçirib.
hadiseler.info xəbər verir ki, rusiyalı hərbçilərin marşrut avtobusuna pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirməsi nəticəsində 5 nəfər hadisə yerində ölüb.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın “Telegram” kanalında verdiyi məlumata görə, hücum nəticəsində azı 7 nəfər yaralanıb. Xəsarət alan şəxslər həkim nəzarətinə götürülüb və onlara zəruri tibbi yardım göstərilir.
No Comment! Be the first one.