Şahin Mustafayev İran Prezidenti ilə görüşüb
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində yüksəksəviyyəli görüşlər keçirib.
hadiseler.info xəbər verir ki, Ş.Mustafayev İran İslam Respublikasının Prezidenti ilə görüşüb. IRIB-nin məlumatına görə, görüşdə Azərbaycan-İran ikitərəfli əlaqələrinin inkişafı perspektivləri geniş müzakirə olunub.
Görüş zamanı quru, hava və dəmir yolu marşrutlarının inkişafının Tehran və Bakı arasında münasibətlərin möhkəmləndirilməsinə mühüm zəmin yaratdığı bildirilib. Həmçinin nəqliyyat və dəhliz marşrutlarının gücləndirilməsinin, eləcə də mövcud potensialdan səmərəli istifadə edilməsinin vacibliyi vurğulanıb.
Xatırladaq ki, səfər çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin də görüşü baş tutub.
No Comment! Be the first one.