Salah sürücülük hüququndan məhrum edildi
Böyük Britaniyanın Uorrinqton Məhkəməsi Türkiyənin “Trabzonspor” klubunda və Misir milli komandasında çıxış edən Məhəmməd Salah barəsində qərar çıxarıb.
hadiseler.info xəbər verir ki, 34 yaşlı hücumçu 6 ay müddətinə sürücülük hüququndan məhrum olunub.
Məhkəmə sənədlərinə əsasən, hadisə martın 27-də Uilmslou şəhərində baş verib. Radarlar sürət həddinin aşılmasını qeydə alarkən “Rolls-Royce” avtomobilinin sükanı arxasında kimin olduğunu polisə bildirməyən Salah prokurorluğun xəbərdarlıqlarına cavab verməyib və istintaqla razılaşmaya getməyib. Məhkəmənin qərarı ilə misirli futbolçu, hüquqdan məhrumetmə ilə yanaşı, 1 044 funt-sterlinq (təxminən 1 217 avro) məbləğində cərimə olunub.
Qeyd edək ki, 2017-ci ildən “Liverpul”da çıxış edən ulduz futbolçu yol hərəkəti qaydalarını İngiltərə klubundan ayrıldığını açıqladıqdan bir neçə gün sonra pozub. Avqust ayında isə o, azad agent kimi “Trabzonspor”a transfer olunub.
No Comment! Be the first one.