Samuxda ağır qəza – Avtomibil iki hissəyə bölündü – FOTOLAR
Samux rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində avtomobil iki hissəyə parçalanıb.
hadiseler.info “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sərkar kənd yolunda qeydə alınıb.
Məlumata görə, 1984-cü il təvəllüdlü sürücü Hafiz Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobilin idarəetməsini itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı elektrik dirəyinə çırpılıb. Güclü zərbənin təsirindən avtomobil iki hissəyə bölünüb.
Qəza zamanı ağır xəsarətlər alan sürücü H.Həsənov dərhal xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.



No Comment! Be the first one.