Sankt-Peterburqun mərkəzində tarixi Miller malikanəsi yandı- VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində yerləşən tarixi binada güclü yanğın baş verib.
hadiseler.info “ren.tv”yə istinadən xəbər verir ki, yanğın İsaak kafedralının qarşısında yerləşən məşhur Miller malikanəsində qeydə alınıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq Baş İdarəsindən verilən məlumata görə, alov 2 000 kvadratmetr sahəni əhatə edib. Yanğının söndürülməsinə 78 nəfər canlı qüvvə və 20 ədəd xüsusi texnika cəlb olunub. Hadisə zamanı xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, sözügedən tarixi bina yanğından əvvəl bərpa olunmalı idi. Bu bərpa işləri üçün 768 milyon rubl (təxminən 15.6 milyon manat) vəsaitin ayrılması nəzərdə tutulurdu.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
No Comment! Be the first one.