Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunub.
hadiseler.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şavkat Mirziyoyev Özbəkistan ilə Azərbaycan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə bu ali ordenə layiq görülüb.

No Comment! Be the first one.