Saxta COVID sertifikatı aldığını etiraf etdi: Yığmadan uzaqlaşdırıldı, cəza gözləyir
İsveçrə milli komandasının kapitanı Qranit Caka pandemiya dövründə saxta COVID-19 sertifikatı əldə etdiyini etiraf edib.
hadiseler.info xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “Instagram” hesabında bəyanat yayaraq peyvəndə inamsızlıq göstərdiyini və böyük səhvə yol verdiyini açıqlayıb.
Faktla bağlı Lüsern kantonunun prokurorluğu tərəfindən sənəd saxtakarlığı maddəsi ilə Caka və ona sertifikatı təmin edən həkimə qarşı cinayət işi açılıb. İsveçrə qanunvericiliyinə əsasən, futbolçunu pul cəriməsi və ya 5 ilədək həbs cəzası gözləyə bilər.
Yaranmış qalmaqal səbəbindən İsveçrə Futbol Federasiyası ulduz futbolçunu milli komandanın toplanışından uzaqlaşdırıb. Caka yığmanın qarşıdakı 4 matçını (Şimali Makedoniya, Şotlandiya, Sloveniya) buraxacaq. Onun milli komandadakı gələcək taleyi isə bu oyunlardan sonra dəqiqləşəcək.
No Comment! Be the first one.