Şəkidə itlər Niderland vətəndaşına hücum etdi: Təcili əməliyyat olundu-VİDEO
Şəki rayonunun dağlıq ərazisində Niderland Krallığının vətəndaşı itlərin hücumuna məruz qalaraq ağır xəsarətlər alıb.
hadiseler.info xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, turizm məqsədilə avqustun 26-da Frankfurt-Bakı reysi ilə Azərbaycana gələn 1979-cu il təvəllüdlü Kramer Anne Hestler avqustun 29-da səhər saatlarında Şəkidə piyada yürüşə çıxıb.
Baş Zəyzid kəndinin Çələngi yaylağı istiqamətində hərəkət edən turist itlərin hücumuna məruz qalaraq başından və bədənindən çoxsaylı açıq yara xəsarətləri alıb. Ağır yaralanan və köməksiz qalan turistin təxliyəsi üçün DSX-nin Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanlığının helikopteri ilə əraziyə dərhal tibb heyəti və xilasetmə qrupu göndərilib.
Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə və mürəkkəb hava şəraitində keçirilən əməliyyatla Niderland vətəndaşına ilk yardım göstərilib, daha sonra helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq təcili əməliyyat olunub.
No Comment! Be the first one.